Müstəqil Şah Mat Teatrı oktyabr ayının 14-ü saat 19:00-da Saalam Cinema səhnəsində dünyaca məhşur rumin dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında “Üstdəki dərinliklər” adlı tamaşanın premyerasını teatrsevərlərə təqdim edəcək. Bu barədə Teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.
Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.
Tamaşada rolları Anar Bulud,Fərid Vəliyev,Fərid Bağırov,Səid Abbasov,Orxan Abışov ifa edir.
Absurd üslubunda qurulan bu tamaşada hadisələr 3 fərqli obrazın ətrafında baş verir. Bu 3 nəfər hər daim bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olurlar. Sonda müsbət xarakter kimi qələmə verdiyimiz "Ağ qüvvə" onları düşdükləri bu vəziyyətdən çıxarmağa çalışır.
Unutmayaq ki, hər çətinliyin arxasından bir günəş doğur. Biz səhvi səbirsiz olaraq mübarizəni yarı yolda qoymaqda edirik.
Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü Salaam Cinemadan əldə edə bilərsiniz.