Rümeysa Ginnesin Rekordlar Kitabına düşüb
Karabükün Safranbolu mahalında yaşayan Rümeysa Gelgi dünyanın ən uzun qadını olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
"Şərq" türk mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Gelgi 2014-cü ildə 17 yaşında ikən 2 metr 15 santimetr boyu ilə dünyanın ən uzunömürlü gənci olub. Gelgi hər fərqliliyin bir üstünlük halına gələ biləcəyi mesajını verib: "Buna görə də özünüzü olduğu kimi qəbul edin, potensialınızın fərqində olun və əlinizdən gələni edin".
Çox nadir olan və boyunun sürətlə artmasına səbəb olan "Weaver" sindromu səbəbindən təkərli kürsü istifadə etmək məcburiyyətində qalan Gelgi, onu ilk dəfə görən insanların boyuna təəccüblə baxdıqlarını deyib. O qeyd edib ki, insanlar ona xeyirxah və köməkçi davranış sərgiləyirlər. Ginnes Rekordlar Kitabının baş redaktoru Qreq Glenday dünyanın ən uzun kişisinin də bir türk olduğuna diqqət çəkib: "Dünyanın ən uzun boylu kişi və qadının eyni ölkədən olması 67 illik tariximizdə çox nadir görülən bir vəziyyətdir".