Azərbaycan və Türkiyə liderləri Şuşadan mesajlar verəcəklər - AKTUAL

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Füzuliyə səfər edəcəklər. Prezidentlər Şuşa şəhərinin azad olunmasının birinci ildönümündə Füzuli hava limanının açılışını edəcəklər.Qeyd edək ki, oktyabrın 5-i Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib.Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir.

Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib.

Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov qeyd edib ki, səfər 8 noyabrda məhz Şuşanın işğaldan azad olunduğu gündə ediləcək:

.  Həmin gün Zəfər tariximizin yazıldığı gündür. Çox güman ki, həmin gün Şuşaya da səfər olunacaq. Orada böyük tədbirlər baş tutacaq, mesajlar da ötürüləcək".