Soçi bəyanatı:“Bu, diplomatik qələbələrimizin davamıdır”

“Düşünürəm ki, Soçi bəyanatı Azərbaycanın qazandığı hərbi zəfərdən sonra diplomatik qələbələrimizin növbəti davamıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi-şərhçi Tural İsmayılov deyib. Onun sözlərinə görə, indiyədək 10 noyabr bəyanatının müddəalarının irəli gələn şərtlərin yerinə yetirilməyin də Ermənistan tərəfində passivlik müşahidə edilirdi: “Ermənistan müəyyən dairələrin təhriki və onların qızışdırılması nəticəsində bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Təbii ki, Ermənistanın 10 noyabr bəyanatı və eyni zamanda 11 yanvarda əldə olunmuş razılaşmanın diktə elədiyi şərtləri yerinə yetirməməyi bütövlükdə aqressivliyə, sülh və etimadın gec yaranmasın eyni zamanda Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin məntiqi yekuna çatmağına əngəl törədir. Lakin Soçi bəyanatında konkret olaraq Rusiya prezidenti bir daha vurğuladı ki, regionda Azərbaycan prezidenti tərəfindən irəli sürülən “3+3” formatı mühüm əhəmiyyəyə malikdir. Eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin olması Rusiyanın maraqlarına xidmət edir. Bu baxımdan Soçi bəyanatı Azərbaycanın qələbəsi, Ermənistanın isə biabırçı məğlubiyyət kapitulyasiyasından sonra növbəti dəfə məğlubiyyətini özündə ehtiva edir. Bu günə qədər 10 noyabr bəyanatının müddəalarını Ermənistan yerinə yetirsə idi, bəlkə də  Soçi görüşünə ehtiyac qalmazdı. Soçi görüşündə Ermənistanın səbəb olduğu regiondakı bu xaotik durumu, eynizamanda Cənubi Qafqazla bağlı Ermənistan tərəfindən yerinə yetirilən aqressiv siyasət çoxdan aardan qalxmış olardı. Soçi bəyanatı nəticəsində artıq Zəngəzur dəhlizinin açılması,eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfində tanınmağında növbəti bir mərhələ olacaq. Bu gələcəkdə regionda iki ölkə arasında əlaqələrin inkişafına, bütövlükdə Cənubi Qafqazın bölgəsəl habdan qlobal kommunikasiya xəttlərinin mərkəzi nöqtələrindən birinə çevrilməyinə səbəb olacaq”.