Azad olunan ərazilərdə yad cisimə və ya partlamamış sursata rast gəlinən zaman onlara toxunmaq olmaz.
Bunu Trend-ə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun komandiri, gizir B.Gülməmmədov bildirib.
"Öz doğma yurdlarına geri dönəcək olan vətəndaşlarımız bu ərazilərdə yad cisim və ya partlamamış sursatla rastlaşdığı zaman onlara toxunmamalıdırlar", - deyə qrup komandiri əhaliyə müraciət edib.