Türkiyənin “Hürkuş” təyyarəsi Azərbaycanda sınaqdan keçirilib - FOTO

Türkiyə istehsalı “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib.



 
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter"də bildirib.

Qeyd edək ki, 2018-ci ildə ilk uçuşunu həyata keçirən “Hürkuş” təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edilib. “Hürkuş” təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.