Paraqvayda təyyarə qəzayası: ABŞ vətəndaşları həlak oldu


Paraqvayın şimal-qərbində kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç ABŞ vətəndaşı həlak olub.

Bildirilir ki, təyyarədə başqa heç kim olmayıb. Baş verənlərin səbəbləri araşdırılır.

Hadisə əhalinin az məskunlaşdığı ərazidə baş verib. Polis təyyarənin haradan haraya getdiyini hələ müəyyənləşdirməyib.

Mənbə: TASS