Brüssel görüşünə SÖZARDI: “Azərbaycanın təzyiq mövqeyi çox məntiqlidir və...”

“...Gec ya da tez öz nəticəsini verəcək”

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında iştirak edib.Mətbuat onfrans zamanı  o, dəhliz məsələsinə toxunaraq bildirib ki, Laçın dəhlizində heç bir post olmadığı kimi Zəngəzur dəhlizin də olmamalıdır:“Əgər Ermənistan karqolara,insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq.Ya hər iki tərəfdən olmalıdır,ya da olmamalıdır”.

Maraqlıdır, Azərbaycan prezidentinin bu mövqeyi rəsmi İrəvana növbəti xəbərdarlıqdırmı?

Mövzunu “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ölkə başçısının belə bir nitqi Ermənistan tərəfinin 10 noyabr bəyanatında təsbit olunan öhdəlikləri hələ də yerinə yetirmədiyinin göstəricisidir:

 “Rəsmi İrəvan onları yerinə yetirmək niyyətində deyil. Hesab edirəm ki, prezidentin bu fikirləri  Azərbaycan tərəfindən  Ermənistana təzyiq kimi yönəlib”.

T.Zülfüqarov Ermənistanı narahat edən əsas məsələnin Laçın dəhlizinin beş il müddətində Zəngəzur dəhlizininsə müddətsiz fəaliyyət göstərməsi ilə bağlı oldğunu diqqətə çatdırıb:

 “Bu baxımdan rəsmi İrəvan istəyir ki, müharibədən sonra götürdüyü öhdəliklərdə bu və ya digər şəkildə dəyişiklik etsin.Hesab edirəm ki, Azərbaycanın hazırkı təzyiq mövqeyi çox məntiqlidir və gec ya da tez öz nəticəsini verəcək”.