Bu, son addım olacaq ! -  “Ordumuz Mehrini yarıb keçəcək və Naxçıvana çıxacaq”

“Ona görə, Ermənistan Azərbaycanın istəklərinə uyğun addım atmalıdır. Ermənistan Rusiyanın həmişə onun arxasında dayanacağını və Vladimir Putinin həmişə prezident olacağını düşünməsin”

“Vaxtı gələndə Azərbaycan Ordusu məsələni reallaşdıra biləcək”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də
yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Prezident İ.Əliyevə müsahibə zamanı Zəngəzur dəhlizi məsələsindən də danışıb.

Prezident Ermənistan tərəfinin Zəngəzur dəhlizi ifadəsinə çox böyük
qısqanclıqla yanaşdığını söyləyib. “Bilmirəm, nəyə görə? Amma deyə
bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi
mənəm”- deyə o qeyd edib.

Bunu nə üçün mən məhz Zəngəzur adlandırdığını izah edən prezident bildirib:
“Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır.

Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, -
hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan
toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi
baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil
yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana
elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox
böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq
külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240
meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici
investorlar artıq bizə rəsmən müraciət edib. 

Xudafərin, Qız qalasında
biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və
Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji
gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə
tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin”.
Azərbaycan Prezidenti Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə
etməli olduğunu vurğulayıb.

Zəngəzur dəhlizinin açılması ilə bağlı “Sherg.az”a danışan BDU- nun
Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir
Məmmədli Zəngəzur dəhlizinin 10 noyabr 2020-ci il
üçtərəfli bəyanatın şərtlərinə uyğun açılmalı olduğunu bildirib:

"Reallığı nəzərə alsaq, dəmir və avtomobil yolu, eləcə də, elektrik
enerjisi xətləri istifadəyə veriləcəyi gözləniləndir. Ola bilsin,
qaz kəmərləri də çəkiləcək. Çünki Naxçıvan Muxtar Respublikasına İran qaz nəql
edir. Ermənistan transmilli, transsərhəd qaz kəmərlərinin çəkilməsinə
razılıq verməlidir. Əgər Ermənistan ərazisindən belə qaz kəməri
keçərsə, onların büdcəsinə vəsait gələcək. Təssüf, rəsmi İrəvan 
revanşist əhval-ruhiyyədədir. Ona görə də, Zəngəzur dəhlizini
reallaşdırmaq istəmir və çalışmır. Dövlət başçısı İlham Əliyev Brüsseldə NATO-nun
Baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat
konfransında açıqlama vermişdi. Sitat:“Zəngəzur dəhlizində də heç bir gömrük
postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət
etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”. 

Bununla əlaqədar məsələnin arxasında Rusiya, müəyyən
mənada İran dayanır. XIX-XX əsrdə də Rusiya Naxçıvan, Türkiyəylə
Azərbaycan və Türk dünyasının qalan hissəsində dəhliz kimi gediş-gəliş
imkanları olmasını heç vaxt istəməyib. Rusiya həmişə Türkiyənin
qarşısını almağa çalışıb. Məhz Zəngəzurun vaxtilə Ermənistana
verilməsi də, Rusiyanın əsas məqsədlərindən idi. Mehri və Qafan
rayonlarını bolşeviklər Ermənistana veriblər”.

S.Məmmədli vurğulayıb ki, rəsmi Moskva dəhlizin
tərəfdarı olduğunu söyləməsinə rəğmən, bu istək əməldə görünmür:

“ Əsrlər boyu, SSR dövründə də Rusiya belə bir siyasət yürüdüb. 
Zəngəzur bölgəsini Ermənistana verməklə, Türkiyənin Türk dünyası ilə
əlaqəsini qoparmaq məqsədi güdüb. Birdən-birə rəsmi Moskvanın
prezidenti V.Putin indiyədək olan imperiya siyasətinin əksinə getmək
istəməz. Yalnız məcburiyyət qarşısında qəbul edəcək. Ermənistan
Rusiyanın istəyini ifadə etdiyinə görə, onun arxasında dayanıb. Amma
rəsmi İrəvann dəhlizin açılmasına razılıq versə, onda Kreml meydana
çıxaraq müəyyən problemlər yaradacaq. Çünki Rusiya Cənubi Qafqaz
ərazisin də öz mövcudluğunu gücləndirməyə çalışır. Azərbaycan
rəhbərliyi kəskin məsələ ortaya qoymalı və hərəkətə keçməlidir. Laçın
dəhlizinə nəzarət mexanizmi, gömrük postu yaradılmalıdır. 
Laçında nəzarət mexanizmi yaranarsa, deməli, gələcəkdə Qarabağda rus
sülhməramlılarına ehtiyac yoxdur. Çünki ermənilər orada yaşamayacaq.

Ermənistan sülh sazişi ilə razılaşmır. Dildə deyir, faktiki olaraq
həyata keçirmir. Prezident açıq şəkildə qeyd etdi ki, sülh sazişi
daim masanın üzərində olmayacaq. Bir müddət sonra Azərbaycan
rəsmi İrəvana heç bir təklif irəli sürməyəcək. Elə bir vəziyyət
yaranacaq ki, nə Azərbaycan Ermənistanın, nə də Ermənistan
Azərbaycanın sərhədlərini tanıyacaq. Belə bir şəraitdə Azərbaycan
Ordusu Mehri ərazisini yarıb keçəcək və Naxçıvana çıxacaq. Bu ən
kritik məqamdır, son addım olacaq. Bu, Ermənistan ağlını başına yığmalı
olduğuna işarədir. Ona görə, Ermənistan Azərbaycanın istəklərinə
uyğun addım atmalıdır. Ermənistan Rusiyanın həmişə onun arxasında
dayanacağını və Vladimir Putinin həmişə prezident olacağını
düşünməsin. Vaxtı gələndə Azərbaycan Ordusu məsələni reallaşdıra
biləcək”.