Rusiyanın müdafiə naziri Sergey Şoyqu 12 gündür yoxa çıxıb

Rusiya prezidenti Vladimir Putinin sağ əli kimi bilinən müdafiə naziri Sergey Şoyqunun bir müddətdir görünməməsi dünya mediasında geniş müzakirələrə səbəb olub.

“Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, Sergey Şoyqunun 12 gündür harada olduğu bilinmir.

 Putinin Şoyqunun yoxa çıxması ilə dərin böhrana girdiyini bildirən rus müxalif media qurumları hadisə ilə bağlı müxtəlif iddialar səsləndirib. 
Bəzi iddialara görə, son zamanlar Putinin yaxın müttəfiqlərindən ehtiyatlanmağa başladığı vurğulanır.
Şübhəlilər arasında Şoyqunun da olduğu bildirilir.

Bununla yanaşı, müdafiə naziri Şoyqunun 31 yaşlı qızı Kseniyanın Ukrayna  bayrağı rənglərində poza verdiyi fotoşəkilləri mediaya sızdırılıb. 

Şoyquya yaxın mənbələrin dediklərinə görə,  müdafiə naziri ətrafdakılara özünü yaxşı hiss etmədiyini, ürəyində problem olduğunu deyib.