Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə mətbuat konfransı keçirib.C.Bayramov bəyan edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri barədə ölkələr arasında razılıq əldə edilib.Onun sözlərinə görə, Komissiyanın fəaliyyətə başlaması üçün şərait mövcuddur.Nazir qeyd edib ki, regionda nəqliyyat-kommunikasiya sistemlərinin açılmasına Azərbaycan töhfə verir. Amma vaxt baxımından bəzi məsələlər gözləntilərə uyğun getmir”, - deyə nazir əlavə edib. Nazir bildirib ki, layihələrin Ermənistan ərazisində davam etdirilməsi İrəvanın mövqeyindən asılıdır.
“Vədlərdən konkret işlərə keçməyin vaxtıdır”, - deyə Ceyhun Bayramov Ermənistanı nəzərdə tutaraq deyib
Mövcud durumu "Sherg.az"a dəyərləndirən politoloq Cümşüd Nuriyev böyük sülh müqaviləsinin imzalanacağına ümid bəsləyir:
"Artıq ikinci dəfədir ki, Ermənistan XİN bizimlə heç bir vasitəçi olmadan əlaqə yaradır. Həmçinin tərəflər sərhədlərin müəyyənləşməsi üçün komissiyaların formalaşmasında razılaşıblar. Prezidentimizin fikirlərinə əsasən ,sərhəd komissiyasının və sülh müqaviləsini hazırlamaq üçün işçi qrupunun tərkibi məlumdur. Ermənistan da bunu diqqətə çatdırır. Rəsmi İrəvan addım atmaq məcburiyyətindədir, başqa şansı yoxdur. Paşinyanı hakimiyyətdən yıxmaq istəyən qüvvələr var. Rusiya faktoru mövcuddur. Əgər Paşinyan Rusiyanın dediyi kimi irəliləsə, onu yıxılmağa qoymayacaq.
ABŞ və Rusiya Qafqaz uğrunda soyuq müharibə mərhələsinə qədəm qoyub. Ermənistan Rusiyanın tərəfində dayanmasa, birmənalı şəkildə ABŞ onun dövlət kimi mövcudluğunu qoruya bilməyəcək. Ukraynadakı hadisələr göz qabağındadır.
ABŞ başda olmaqla bütün dünya ölkələri rəsmi Moskvanın əleyhinədir, amma o da fikrindən dönmür. Ermənistanın Baş naziri həm Moskva, həm də Brüsseldə üçtərəfli bəyannamələrin şərtlərinə əməl edəcəyinə söz verib. ABŞ çox uzaq, Rusiya isə çox yaxındır.
Siyasi oyunların hamısını rus özü təşkil edir. ABŞ-a elə gəlir ki, hakimiyyəti dəyişməyi bacaracaq. Görünür, Paşinyanın tərəfi çox güclüdür. Faşistlər, kilsənin tərəfdarları, Köçəryan-Sarkisyan dueti kimi dəstələr cılız qüvvələrdən ibarətdir. Onların hakimiyyət dəyişmək şansı yoxdur. Paşinyan addım atmadığı təqdirdə şans yüksəkdir".