title

Finlandiya Prezidenti: "NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəcəyik"

"NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəcəyik".

APA-nın Türkiyənin CNN telekanalına istinadən verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Finlandiya Prezidenti Sauli Niinistö bildirib.

Qeyd edək ki, bundan əvvəl Finlandiya xarici işlər naziri Pekka Xaavisto ölkəsinin mayın 18-də NATO-ya qəbul üçün ərizə təqdim edəcəyini açıqlayıb.