Böyük Britaniyanın yeni Baş naziri Liz Trass bir anda siyasi tərəfi ilə yanaşı şəxsi həyatı ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, Britaniya mediası 47 yaşlı Trassın tanınmış amerikalı müğənni Teylor Sviftin (Taylor Swift) pərəstişkarı olduğunu xəbər manşetlərinə çıxarıb.
Xəbərlərdə yeni Baş nazirin üç il əvvəl xəzinə naziri olarkən qatıldığı mükafatlandırma mərasimində Teylor Sviftlə selfi çəkdirdiyi və bunu sosial mediada həyəcanlı mesajlarla paylaşdığı xatırladılıb.