İngiltərə kraliçası II Elizabet 96 yaşında vəfat edib. II Elizabetin ölümündən sonra onun illər əvvəl taxta çıxdığı anlar yenidən gündəmə gəlib.
“Sherg.az” xəbər verir ki, kraliça II Elizabetin tacqoyma mərasiminə hazırlıqlar 1952-ci ilin fevralında, o, tacı qəbul edəndə başladı. Lakin onun kraliça kimi tacqoyma mərasimi 16 ay sonra, 2 iyun 1953-cü ildə baş tutub. Çoxdan gözlənilən gün Bukingem sarayından Vestminster kilsəsinə gedən paradla başladı.
Vestminster Kilsəsi II. Haroldun 1066-cı ildə tacqoyma mərasimindən bəri İngiltərə və Britaniya krallarının tacqoyma yeri olub. Şiddətli yağışa baxmayaraq, minlərlə həyəcanlı tamaşaçı yolun ən yaxşı yerlərini tutmaq üçün gecədən düşərgə qurmuşdu.
Həmin gün gələndə 3 milyona yaxın insan yeni kraliçanı qeyd etmək üçün küçələrə düzülmüşdü. Gün ərzində fasilələrlə yağış yağmışdı, lakin parad zamanı hava aydın idi.
Qarşıdan Mühafizə Briqadasının dəstəsi, ardınca Britaniya Millətlər Birliyinin silahlı qüvvələrinə aid qruplar gəldi. Dövlət başçıları və xarici monarxlar at arabaları ilə keçirdilər. Onların arxasında Qızıl Kral Vaqonunda Kraliça gəlmişdi. Sonra Bukinqem Sarayına ( Buckingham Palace ) gələrək tacqoyma mərasimi gerçəkləşmişdi.