Prezident İlham Əliyevdən "Qarabağ"ın qələbəsi ilə bağlı PAYLAŞIM - "Darmadağın!" + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu üzərində qazandığı inamlı qələbə ilə bağlı tviterdə paylaşım edib.

"Sherg.az" xəbər verir ki, tvitdə yazılıb:
"Qarabağ (Azərbaycan) - Nant (Fransa) 3:0 Darmadağın! Qarabağ Azərbaycandır!".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu  komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.