Sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti baş tutub.
"Sherg.az" xəbər verir ki, dövlət başçılarının Səmərqənddə qeyri-formal görüşü gerçəkləşib.
Zirvə görüşündə liderlərin qeyri-rəsmi məclisindən çəkilən şəkil sosial şəbəkələrdə günün ən çox paylaşılan fotosu olub.
Qeyd edək ki, ŞƏT-in sammitinin sentyabrın 15-16-da baş tutması nəzərdə tutulub. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirak edir.