Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə rusiyalı həmkarı Vladimir Putin ilə təkbətək görüşü başlayıb.
Görüş zamanı Prezidenti İlham Əliyev bildirib ki, Bakı İrəvanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb. Hesab edirik ki, həmin prinsiplərin əsasında normallaşmaya nail olmaq mümkündür.
Dövlət başçısı əlavə edib ki, Qarabağ münaqişəsi tarixdir və bu konteksdə müzakirə olunacaq heç nə yoxdur.
Görüşü “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Əliyevin Putinlə uzlaşma şansı Paşinyandan qat-qat çoxdur:
“ İlham Əliyev Vladimir Putinlə görüşdə Qarabağ münaqişəsinin tarixdə qaldığını dedi. Bununla da Nikol Paşinyanın mövqeyinin perspektiv üçün məzmunsuz olduğunu göstərdi.Bununla belə, etiraf etmək lazımdır ki, Rusiyanın Qarabağla bağlı mövqeyindəki bəzi nüanslar Azərbaycanı qane etmir. Əliyevin Putinlə uzlaşma şansı isə Paşinyandan qat-qat çoxdur. Bura Türkiyə faktorunu da əlavə etsək, Ermənistan üçün labirintin gələcəyini təsəvvür etmək elə də çətin deyil. Hesab edirəm ki, Qarabağda antiterror əməliyyatlarının və sərhəddəki hərbi əməliyyatların anonsu verilir”.