“..Burada söhbət heç də təcili yardımını qarşısını almaqdan getmir”
Qulu Məhərrəmli:“Məsələ orasındadır ki, biz Azərbaycan ərazisində ekoloji problemlərin həllini və öz torpaqlarımıza rahat şəkildə gedib-gəlməyi tələb edirik"
Elçin Şıxlı:“Ermənilər hər zaman olduğu kimi yalan danışır və dünya mediasına özlərini yazıq kimi göstərirlər”
Laçın yolunda etiraz edən aksiya iştirakçıları dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını bildirib. Ancaq neçə gündür ki, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, müraciət edən olmayıb. Bunun əksinə olaraq ermənilər sosial mediada yolun azərbaycanlı fəallar tərəfindən kəsildiyini və çətin vəziyyətdə qaldıqlarını iddia edərək, dünya mediasında “yazıq”, “naəlaç” rəyini formaşalaşdırmaqla məşğul olurlar.
Erməni mətbuatının hər zaman yalan danışıdığını qeyd edən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli Qulu Məhərrəmli "Sherg.az"a deyib ki, bununla ermənilər dünya ictimaiyyətini çaşdırmaq istəyirlər:
"Onlar yanlış məlumatları yaymaqla, manipulyasiya etmək məqsədi güdürlər. Ümumiyyətlə, Rusiyanın və bəzi Avropa ölkələrinin media qurumlarında tamamilə təhrif olunmuş xəbərlər tirajlanır. Bu birinci dəfə deyil və böyük zəncirin halqasıdır. Ona görə də etiraz hərəkatı ilə yanaşı, bunun informasiya əsasını ciddi şəkildə hazırlamaq və dünya mediasına ötürmək çox vacibdir. Yəni bu işlə məşğul olan insanlar, məsələnin informasiya tərəfini mütləq nəzərə almalıdır. Ümumiyyətlə dünyaya çatdırmalıyıq ki, burada söhbət heç də təcili yardımını qarşısını almaqdan getmir. Məsələ orasındadır ki, biz Azərbaycan ərazisində ekoloji problemlərin həllini və öz torpaqlarımıza rahat şəkildə gedib-gəlməyi tələb edirik"
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə bildirib ki, ermənilər hər zaman olduğu kimi yalan danışır və dünya mediasına özlərini yazıq kimi göstərirlər:
"Bizim ekofəalların çadırları yolun yalnız bir hissəsini tutub. Ümumi yol isə sülhməramlılar tərəfindən qapadılıb. Onlar nə bizə, nə də erməni sakinlərinə keçməyə imkan yaradırlar. Yəni ortalığı qızışdırmaqla məşğuldurlar".