Müjdə verildi! – “Zəngəzur dəhlizinin açılması...” – Maneə aradan götürülüb!


“Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır"
Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Ölkə başçısının sözlərinə görə, Zəngəzur dəhlizi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil. Bu bizim üçün strateji layihədir:
"Biz tam əminik ki, bunun reallaşması bizim təbii hüququmuzdur. Bundan əlavə Zəngəzur dəhlizinin reallaşması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda da öz əksini tapır. Düzdür, orada Zəngəzur dəhlizi termini yoxdur. Bu termini mən ondan sonra geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanın nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq bu bizi dayandırmayacaq".
Zəngəzur dəhlizinin min illərin yolu olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Sherg.az”a bildirib ki, vətən müharibəsində qələbə olmasa idi, həmin mövzunun gündəmə gəllməsi qeyri-mümkün olardı:
“Adətən, dünyanın digər ölkələrində layihələr və konsepsiyalar beyin insitutları tərəfindən hazırlanır. Bizdə isə bu ideyaları cənab prezident verir. Bu da ölkəmizdəki heç kəsin Prezident İlham Əliyevlə sözün siyasi mənasında ayaqlaşa bilmədiyinin sübutudur. Ümumiyyətlə, indiki məqamda həm siyasi, həm də beynəlxalq arenada hansısa məsələyə legitimlik qazandırmaq asan deyil. Çünki hazırda olan informativ mənzərə çox sürətlə dəyişir. Yəni informasiya ölümü yaşanır. Ölkə başçısı isə Zəngəzur dəhlizi kəliməsini beynəlxalq leksikona və sənədlərə  daxil etməyi bacarıb. Bu sözün həqiqi mənasında milli bir proqramdır”.

STM sədrinin sözlərinə görə Zəngəzur dəhlizinin açılmasında ölkə başçısının qətiyyəti çox önəm daşıyır:
“Digər tərəfdən Azərbaycan regional şəraiti öz xeyirinə qurduğu üçün dəhlizin açılacağını gerçəklik kimi qəbul edirik. Həmçinin Rusiyanın izolyasiyada qaldığına görə Zəngəzur dəhlizində maraqlı olması da çox önəmlidir.

 İran amilinə gəldikdə isə onların müəyyən səbəblərdən ötrü neytrallaşması dəhlizin açılmasına olan maneələrdən birini də ortadan götürür. Hətta 3-4 ay öncə gündəmimizi İran generalları, diplomatları və din xadimlərinin “qırmızı xətləri“ zəbt etmişdi. Yekun olaraq 12-14 sentyabr toqquşması zamanı Azərbaycanın əldə etdiyi strateji üstünlük və İrəvana gedən yol üzərində nəzarətin əldə edilməsi, həmçinin Ermənistanın ağır sosial-iqtisadi vəziyyəti, daxilindəki barış meyilli qüvvələrin alternativlərinin olmaması Zəngəzur dəhlizinin açılması ehtimalını daha da yüksəldir. Ümumiyyətlə, dəhlizin açılması region ölkələri üçün xilas yoluna çevrilə bilər. Logistik məsələlərə gəldikdə dəhlizin açılması milyardlarla dollara qənaət olunmasına şərait yaradacaq. 

Bu səbəblə də Prezitentin 2023-cü ildə irəli sürdüyü kursun Zəngəzur üzərində  qurulması layihənin gerçək olmasına böyük inam yaradır”.