Güllə yarası alan deputatın vəziyyəti necədir? - AÇIQLAMA + YENİLƏNİB

Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.

Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.

Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.

23:00
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. 
 
Bu barədə "Sherg.az"a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.
 
Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib.