Ötən cümə günü ABŞ-ın Texas ştatının Brazoriya və Kintana çimərliklərində minlərlə ölü balıq sahilə çıxıb .
“Sherg.az” Xarici mesiaya istinadən xəbər verir ki, Quintana Beach County Park rəhbərliyi verdiyi açıqlamada balıqların əksəriyyətinin "Menhaden" yem balığı olduğunu bildirib.
Vurğulanıb ki, balıqların tələf olmasına havanın temperaturunun artması ilə əlaqədar suda oksigenin səviyyəsinin azalması səbəb olub.
Qeyd edək ki. bakteriya səviyyəsinin çox olması səbəbindən əhaliyə ölü balıqların olduğu çimərliklərə getməmək barədə xəbərdarlıq edilib.
Texas Parklar və Vəhşi Təbiət Departamentindən verilən açıqlamada suyun istiliyinin yüksəldiyi yay aylarında belə balıq ölümlərinin tez-tez baş verdiyi bildirilib.
Həmçinin ölü balıqların tapıldığı çimərliklərdə 3 gün ərzində təmizlik işləri aparılıb.
Mənbə: Hürriyət qəzeti