BİR AN ÖNCƏ: Laçında buraxılış məntəqəsinə atəş açılan mövqe məhv edilməlidir

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatını Sherg.az-a şərh edən politoloq Aqşin Kərimov qeyd edib ki, 
Laçında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinə atəş açılan mövqe təhlükə mənbəyi olduğuna görə, o ya məhv edilməli, ya da nəzarətə götürülməlidir:

"Qarabağdakı separatçılara son xəbərdarlıq olunmalı, bu nəticə hasil edilməsə, dərhal anti-terror əməliyyatları başlanmalıdır". 
Siyasi şərhçi gərginliyin regional miqyasının böyüyə bilməsini də ehtimal edir. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan danışıqlarındakı razılıq əldə edilməyən məqamlar bugəeginliyi körükləyir: 
"Rusiya və Qərb arasındakı sülh modelində monopoliya yaratmaq cəhdlərinin ortaya çıxardığı gərginlik və İranın Zəngəzur dəhlizi ilə bağlı yaratdığı problemlər var. Azərbaycan isə strateji müttəfiqi Türkiyənin regional genişlənmə planlarının üst mövqeyə çıxmasından güc alaraq yeni strateji marşruta daxil olur. Mənzil başına çatmaq üçün güc tətbiqi ilə siyasi təzyiqlər paralel şəkildə irəliləyəcək".