Duda Ermənistana gəlir

Polşa Prezidenti Andjey Duda noyabrın 26-da Ermənistana rəsmi səfərə gələcək.
Axar.az xəbər verir ki, məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, rəsmi səfər çərçivəsində iki ölkə prezidentləri mətbuata bəyanatlarla çıxış edəcəklər.
Polşa prezidentinin səfərinin gündəliyi ilə bağlı digər təfərrüat açıqlanmayıb.