Mina axtaran siçan + FOTOLAR

"Mina axtaran siçan. Mən də ilk dəfə eşidəndə təəccübləndim. Xüsusi təlim keçən siçanlar minalanmış ərazilərdə müxtəlif yerlərdə basdırılan minaları çox rahatlıqla tapır".
"Sherg.az" xəbər verir ki, bunu fotoqraf Əziz Kərimov instaqram hesabında paylaşıb.

O paylaşımında yazır:

"APOPO şirkəti məhz bunun üçün Kolumbiyadan gətirilən  və xüsusi təlim keçən  siçanlar vasitəsilə Qarabağ zonasında istifadə edir. 15 ildən artıq təcrübəsi olan bu şirkət indiyədək yüzminlərlə minaları tapıblar. Hər bir siçan gün ərzində təxminən 700-900 kv metrə qədər ərazini təmizləyə bilir".