Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib.
Lakin ermənilər bu yoldan istifadə etməkdən imtina edir. Bu da Ermənistan tərəfindən aparılan siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir. Çünki Ermənilərin heç bir normal arqumenti yoxdur.
Bu spekülatif addımların Azərbaycanda yaşayan ermənilər girov saxlamaq istəyən qüvvələr tərəfindən həyata keçirildiyini deyən millət vəkili Asim Mollazadə "Sherg.az"a vurğulayıb ki, Vardanyan və Areturyan kimilər müharibənin davamını istəyirlər:
"Bu səbəblə də qəbul etmirlər ki, Qarabağın Azərbaycanın tərkib hissəsidir. Orada yaşayan ermənilər bizim tərkib hissəmizdə yaşayırlar. Ümumiyyətlə humanitar yardım Ağdam yolu vasitəsilə çatdırıla bilər. Hətta beynəlxalq təşkilatlarda göndərmək istədiyi yardımlar da Ağdam yolundan isifadə edərək aparıla bilər. Rəsmi Bakı çatdırılmanın təhlükəsizliyini də təmin etməyə hazırdır. Ümumiyyətlə bu Azərbaycan tərəfindən irəli sürülən humanitar bir jestdir. Rəsmi Bakı bu yolla bütün dünyaya yenə də nümayiş etdirir ki, Qarabağ Azərbaycandır və hər kəs bizim suverenliyimizə hörmətlə yanaşmalıdır. Həmçinin Laçın yolu Ağdam yoluna görə daha əlverişsizdir. Ona görə da Ağdam yolundan istifadə ermənilər üçün ən əlverişli çıxış yoludur".
Qeyd edək ki, Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir.