Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi jurnalistlər üçün tikilmiş üçüncü binanın təyinatına aydınlıq gətirib.
"Sherg.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məsələ barədə açıqlama verib:
"Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub".
Qeyd edək ki, jurnalistlər binasındakı mənzillərin şəhid ailələrinə verilməsi təklifi uzun müddətdir müzakirə olunurdu.