Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Zəngilan hava limanından Laçına gedən yoldan paylaşım edib.
"Sherg.az" xəbər verir ki, H.Hacıyev “X” sosial şəbəkə hesabında (tviterdə) yazıb:
"Zəngilan hava limanından Laçına gedən yolda yeni yol salınır. Azərbaycan baryerlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq yollar inşa edir və nəqliyyat əlaqələrini yaxşılaşdırır. Yol mədəniyyətdir və sivilizasiyanın əsas komponentidir!”,