"Ermənistanın silahlanma yarışına girməsi regional balansı dəyişmək iqtidarında deyil”
Çexiya və Ermənistan hərbi sahədə əməkdaşlıq edəcək. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan məlumat verib.
“Ermənistan və Çexiya hərbi istehsal və idxal məsələlərində əməkdaşlıq edəcək”, - müdafiə nazirinin müavini deyib.
Ermənistanla Çexiyanın müdafiə texnologiyaları üzrə əməkdaşlıq sazişi 2019-cu ildə imzalandığını deyən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a şərh edib ki, bu, Çexiya parlamentində ratifikasiya edilib:
“Ermənistanın hərbi-texniki əməkdaşlığına məhdudiyyətlərin tətbiq edilməsi əməliyyatları Azərbaycanın qarşısında məqsəd kimi dayanır. Ermənistan parlamenti də sənədi ratifikasiya etməyə hazırlaşır. Məsələ, Ermənistanın hərbi-texniki əməkdaşlığın texniki tərəflərində yox, onun hansı məqsəd və niyyətlə həyata keçirilməsindədir. Çünki Ermənistan işğal siyasətinin yenilənməsi üçün silahlanmaya gedir. Bu mənada Ermənistanın hərbi-texniki əməkdaşlığına məhdudiyyətlərin tətbiq edilməsi əməliyyatları Azərbaycanın qarşısında məqsəd kimi dayanır.
Analitik qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında Bakının şərtlərindən birinin də rəsmi İrəvanın silahlanmasına məhdudiyyətin qoyulması ilə əlaqəli olduğunu düşünür:
“Yəni, Azərbaycan vurğulaya bilər ki, Ermənistan yalnız müdafiə qüvvələri üçün arsenal toplamaq hüququna malik olsun – o da hələ Ermənistanın rəsmi mövcudiyyəti qalarsa. Ümumilikdə Ermənistanın silahlanma yarışına girməsi regional balansı dəyişmək iqtidarında deyil”.