Ermənilər qaçırlar: Cəzasız qalmayacaq!

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub. 

Saat 4:30 radələrində DİN-in əməkdaşlarının olduğu “KamAZ” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları - 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 08.07.1987-ci təvəllüdlü Ramil Arif oğlu Şirinov, 12.07.1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar.

Hadisəni "Sherg.az"a dəyərləndirən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, ermənilər terrorçuluq fəaliyyətini 200 ildir davam etdirir:

"Ermənilər savaş meydanından qaçaraq mərdliyə, əsgərliyə və insanlığa sığmayacaq şəkildə terrakt törədirlər. Bu Beynəlxalq Cinayət Məhkəməsinin müharibə cinayətləri tərkibinə daxil olan bir hadisədir. Burada iki əsas məsələ var. Birincisi 34 aydır Ermənistan tərəfindən mina xəritələri Azərbaycana verilmir. İkinci məqam isə yeni düzəldilən yollara və onun yaxınlığına yenidən minaların basdırılmasıdır. Ümumiyyətlə Ermənistan bir yandan Amerika ilə hərbi təlimlər keçirib, digər tərəfdən isə təhlükəsizliyimizi Rusiyanın əllərinə verə bilmərik deyib terrakt törətməklə sülh və barış istəmədiyini bir daha sübut edir. Lakin onların törətdikləri cinayət cəzasız qalmayacaq və Beynəlxalq Cinayət Məhkəməsində cəzalanacaqlar".