Ermənilər də dilə gəldi: Azərbaycanın uzatdığı əli geri çevirdilər...

Bakı iki dəfə danışmağa dəvət etdi, amma qəbul etmədilər. Humanitar yardım təklif etdi, onu da qəbul etmədilər. Ən yaxşı şərtlərlə inteqrasiya təklif etdi, lakin yenə də qəbul etmədilər. Bunu erməni bloger İşxan Verdyan Teleqram kanalında yazıb.

“Onlar bombaları qəbul edəcəklər. Daşnaklar ancaq bombanın dilini başa düşürlər. Bəli, əslində, ancaq bomba dilində də danışırlar”, - o bildirib.

Açıqlamanı dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a qeyd edib ki, Azərbaycanda Vətən savaşından sonra bəziləri Qarabağ ermənilərinin ağıllandığını fikirləşdi:

"Amma biz başqa situasiyanı gördük. Onlar Azərbaycana inteqrasiyadan boyun qaçırırdılar. Son zamanlarda isə Ermənistanın gücü qalmadığını görüb Rusiyanın "qanadları altına" sığındılar. Elə düşünürdülər ki, Şimal qonşumuz onları Dombaskdakı separatçıları müdafiə etdiyi kimi qoruyacaq. Ancaq anlamadılar ki, burdakı vəziyyət başqa cürdür. Yəni Azərbaycan müharibədən qalib çıxıb və yanında güclü Türkiyə var. Rusiya isə regionda əvvəlki təsirə malik deyil. Bundan sonra isə ABŞ-yə, İrana və Fransaya ümid bəslədilər. Amma Azərbaycanın uzatdığı əli geri çevirdilər. Bu isə ermənilərin xislətindən xəbər verir".
Analitikin sözlərinə görə ermənilər xəstə bir xalqdır və yalnız güc dilindən anlayırlar:

"Ümid edirəm ki, lokal antiterror tədbirlərini həyata keçirməklə hər şeyə son qoyulacaq. Ondan sonra isə Azərbaycana əsgərinə güllə atmamış ermənilər vətəndaşımız olaraq ərazilərimizdə yaşaya bilərlər. İstəməyənlərə də qapı açıqdır. Ümumiyyətlə Ermənistandakı əhali vəziyyəti daha yaxşı başa düşürlər. Qarabağdakı ermənilər isə sırf türk düşmənidirlər və onları heç kəs xilas edə bilməyəcək".