Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinin ən böyük nəticələrindən biri də cənab Prezident İlham Əliyevin 200 illik erməni layihəsinə son qoyması oldu.
Ümumiyyətlə 200 il idi ermənilər və havadarları “Böyük Ermənistan” planlarını reallaşdırmağa çalışıblar. Hətta bu uğurda genosid törətmıkdən və Azərbaycanın rorpaqlarını qəsb etmıkdən belə çəkinməyiblər. İndi isə cənab Ali Baş Komandanın təşəbbüsü və rəşadətli ordumuzun gücü ilə sözügedən layihə darmadağın oldu. Bu Prezident İlham Əliyevin və ölkəmizin tarixi uğurudur.
"Böyük Ermənistan" ideyası altında birləşən ermənilərin Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirmək və öz məqsədlərinə çatmaq planları qurduğunu söyləyən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyev 200 illik bu saxta layihəyə son qoydu:
"Azərbaycan əraziləri hesabına Miatsum və Tsexakronizm idealogiyasını irəli sürən, etnik təmizləmə siyasətini həyata keçirən Ermənistan bu siyasətdən əl çəkməlidir. Ümumiyyətlə Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməməli, torpaqlarımızda separatizm təşviq olunmamalıdır fikirlərini biz uzun illər ərzində səsləndirdik. Buna məhəl qoymayan separatçı qüvvələri isə ordumuz cəmi bir sutka ərzində diz çökdürdü".
Analitik əlavə edib ki, bu gün qanunsuz birləşmələrin silahlarını təhvil verməsi və reinteqrasiya prosesinə başlanılması qürurvericidir:
"Artıq işçi qrup formalaşdırılıb və əlaqədar icra hakimiyyəti orqanları da burada iştirak edəcəklər. Həmçinin Qarabağ İqtisadi rayonunda yaşayan bütün ermənilərin ehtiyacları yaxın gələcəkdə ödəniləcək və onlar Azərbaycan vətəndaşı kimi həyatlarına davam edəcəklər. Çünki rəsmi Bakı dinc, silahsız insanların reinteqrasiyasında maraqlıdır. Azərbaycan uzun illərdir təhlükəsizlik istiqamətində fikirlər irəli sürürdü və artıq bunun praktiki icrasını görəcəyik. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran Azərbaycanla bütünləşir və konstitusion quruluş bərqərar olunur. Bu isə qürurverici bir haldır".