"Qəzzada çərpələnglər uçmalıdır, bomba yox! Uşaqların səsi ucalmalıdır, ağrı qışqırıqları deyil! Göy tüstü deyil, buludlarla örtülməlidir!"
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İsrailin Qəzzaya qarşı hücumlarında həyatını itirən mülki vətəndaşlar üçün mesaj yayımlayıb.
Sherg.az xəbər verir ki, Birinci xanım Ərdoğan paylaşımında bu ifadələrə yer verib:
"Qəzzada təkcə günahsız dinc sakinlər, günahsız qadınlar və uşaqlar yox, Qəzzada bütün bəşəriyyətin vicdanı və mərhəməti ölür!
2009-cu ildə İstanbulda “Fələstində Sülh Qadınlar Toplantısı”nda liderlərin həyat yoldaşları ilə bir araya gəldik və canlarından alınan günahsızlar üçün dünyaya səsləndik.
Həmin günlərdə Qəzzada qəm və göz yaşı hökm sürürdü, ağrı içində böyük bir insan faciəsinin şahidi olurduq.
Türkiyə olaraq zalımın qarşısında durub dünyaya “barış!” deyirik. Biz qışqırırdıq. Yenə eyni yerdəyik.
Bu zülmü seyr edən insanlığa səslənirəm; Qəzzada çərpələnglər uçmalıdır, bomba yox! Uşaqların səsi ucalmalıdır, ağrı qışqırıqları deyil! Göy tüstü deyil, buludlarla örtülməlidir!
Məzlumların və günahsızların səsi olan Türkiyə Qəzza xalqına yardım əlini uzatmağa davam edəcək.
Beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa dəvət edirəm və ümid edirəm ki, bir daha qan tökülməyəcək”.