Son vaxtlar sosial şəbəkələrdə paytaxtın başqa şəhərə köçürülməsi ilə bağlı xəbərlər gündəm məsələlərindən birinə çevrilmişdir. Bu mövzu ətrafında muxtəlif fikirlər irəli sürlür.
Bəziləri paytaxtın Qarabağın göz bəbəyi Şuşaya digərləri isə Xankəndiyə və Yevlaxa köçürüləcəyinə dair fərziyyələr səsləndirirlər.
"Sherg.az" məsələ ilə bağlı Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidlə əlaqə saxlayıb.
O bildirib ki, təxminən 20 il bundan qabaq, "525 -ci qəzet" də bu mövzu müzakirə edilmişdi:
"Bu mövzuda "Yeni paytaxt ehtiyacı" adlanan bir yazı yazmışdım. Televiziyalarda da bu yazı müzakirə obyektinə çevrilmişdi. O zaman bəzi alimlər deyirdilər ki, cümhuriyyət dövründə də belə bir ideya olub. Göyçay və İsmayıllının arası Qara Məryəm paytaxt üçün ən münasib yer hesab olunub. Çünki həm arana və dağa, həm də su mənbələrinə yaxın idi. Hazırda paytaxtın dəyişdirilməsini real hesab etmirəm. Ancaq Bakı həddən artıq yüklənib. Qarabağda da quruculuq işləri aparılır. Mənim fikrimcə, Qarabağdakı rayonlardan biri ən münasib də Ağdamı böyük bir şəhərə çevirmək olar. 500 minə yaxın əhalisi olan böyük şəhər olsa, Azərbaycanın bəzi üniversitetləri, nazirlikləri Qarabağdakı digər rayonlara köçsə, bu Bakının yükünün azalmasına kömək olar".