“Mən bəzi ermənilərin törətdiyi hadisələrə görə, Azərbaycan xalqından üzr istəyirəm. Amma bildirirəm ki, mən Meşəli hadisələrində iştirak etməmişəm".
“Sherg.az” xəbər verir ki, bunu
məhkəmə iclasında Vaqif Xaçatryan deyib.
O haqqında səsləndirilən ittihamları qəbul etməyib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.