Rusiya prezidenti Vladimir Putin Türkiyə Cümhuriyyətinin 100 illiyini təbrik edib.
Sherg.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin dərc etdiyi təbrikdə Putin Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Rusiya ilə Türkiyə arasında münasibətlərin dostluq və mehriban qonşuluq çərçivəsində inkişaf etdiyini vurğulayan Putin mesajında bu ifadələrə yer verib:
"Əziz dostum, Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi istərdim. Ötən əsrdə ölkəniz bir çox çətinlikləri dəf edərək, iqtisadi, sosial və digər sahələrdə uğurlara imza atıb. Türkiyə. dünya miqyasında haqlı olaraq yüksək nüfuza malikdir. Bu sahələrdə müxtəlif əməkdaşlıq yaxşı nəticələr verir, böyük müştərək layihələr sistemli şəkildə həyata keçirilir. Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində öz səylərində uğurla əməkdaşlıq edirlər. Dost xalqlarımızın rifahı və daha ədalətli və demokratik dünya düzəninin qurulması naminə ikitərəfli əlaqələrimizi bütün istiqamətlərdə gücləndirməyə davam edirik. Əminəm ki, biz bundan sonra da inkişaf edəcəyik”.
Putin türk xalqına xoşbəxtlik və firavanlıq arzulayıb.