Peskov Ukraynanın Aİ-yə qəbulu ilə bağlı vədlərə inanmır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Brüsselin Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı vədlərinə şübhə edərək, onları arabanın qarşısında sallanan yerkökü adlandırıb.

 Sherg.az rus mediasına istinadən xəbər verir ki, Peskov bu barədə jurnalist Pavel Zarubinə verdiyi açıqlmada şərhində bildirib:

"Çox güman ki, arabanın qabağında bağlanmış yerkökündən danışırıq, bunlar demək olar ki, heç bir vəd deyil".