SON XƏBƏR: Nazir Fidandan Qəzza açıqlaması: "Atəşkəs istəyirdik"

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərdə yerləşən "Əl-Cəzirə" kanalına eksklüziv müsahibə verib. İsrailə qarşı kollektiv addım atmağa çağıran Fidan amerikalı həmkarı Antoni Blinkenlə görüşü ilə bağlı da mühüm açıqlamalar verib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, nazir Fidan “Blinkenlə çox açıq danışdım” deyərək Qəzzada tam atəşkəs istədiklərini bildirib.
Fidan qeyd edib ki, İslam ölkələri bu problemi diplomatik yollarla həll etməyə çalışmalıdır.


İsrailə tətbiq edilən ikili standartların dünya sisteminin iflasa uğradığını göstərdiyini bildirən Fidan Qəzzanın idarəçiliyindən də danışıb.

 Fidan iki dövlətli həll olmadan Qəzzanı kimin idarə edəcəyi ilə bağlı müzakirələri qəbul etmədiklərini bildirib.