Beynəlxalq Audit Masterklassı haqda infosessiya

ADA Universitetində "The Bankers Club ADA" və Azərbaycan Beynəlxalq Bankının əməkdaşlığı ilə Beynəlxalq Audit Masterklassı haqda infosessiya baş tutub.
 
"Sherg.az" xəbər verir ki, baş tutan infosessiyada keçiriləcək masterklass barəsində məlumat verilib.
Belə ki, masterklass sayəsində tələbələr Beynəlxalq Auditinq sirlərini dərindən mənimsəməklə bərabər, ABB Bankda təcrübə keçmək imkanı da əldə edəcəklər. 6 günü əhatə edəcək masterklassın yekununda iştirakçılar sertifikatla qiymətləndiriləcək, və ən fəal tələbələr ABB təlimçiləri tərəfindən seçilərək Beynəlxalq Bankda təcrübə keçmək imkanı qazanacaqlar. 

Görüşün sonunda tədbir iştirakçıları ABB Bank tərəfindən suvenir, ləvazimat və s. kimi müxtəlif hədiyyələrlə mükafatlandırılıb.