ABŞ Prezidenti Co Baydenin gələn il keçiriləcək seçkilərə münasibəti maraq doğurur.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, yaşı müzakirə mövzusu olan Bayden ilk dəfə namizəd ola bilməyəcəyinə işarə edib.
Hazırda ölkənin ən yaşlı lideri olan Bayden namizədlik qərarını şərti olaraq qəbul edib.
Partiya rəhbərliyi ilə görüşdüyü özəl tədbirdə çıxış edən Bayden, Respublikaçı rəqibi Donald Trampın namizəd olmasa, o da yarışdan geri çəkiləcəyini bildirib.
81 yaşlı Bayden "Tramp namizədliyini irəli sürməsə, namizəd olacağıma əmin deyiləm" deyib.