Bakıda hiss olunan zəlzələ əhali arasında panikaya səbəb olub.
Sosial şəbəkələrdə valideynin övladlarını məktəbdən gəlib götürməsinə dair foto və videolar yayılıb.
Hətta valideyn iddia edir ki, zəlzələnin daha bir böyük dalğasının olacağı ehtimalı ilə bu barədə Bakı məktəblərinə müvafiq təlimat gəlib, şagirdləri evə göndərirlər.
İddialara aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Nazirlik nümayəndəsi Cəsarət Valehov "Sherg.az"a bildirdi ki, valideynlər arasında sadəcə ajiotaj yaranıb:
“Başa düşürəm, lakin ciddi problem yoxdur. Valideynlər övladlarını təşvişə düşüb məktəbdən götürürlər. Məndə bununla bağlı xüsusi məlumat yoxdur”.
Qeyd edək ki, Bakı Şəhər Təhsil idarəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verilmədi.