Mahir Abbaszadə: Heydər Əliyevsiz Azərbaycan yoxdur

"Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanı parçalanmaqdan qorudu, vətəndaş müharibəsinin qarşısını aldı və ölkəmizdə dövlət quruculuğu prosesinə başladı. Eyni zamanda özünün layiqli varisi Azərbaycanın Prezidenti Ali Baş Komandan İlham Əliyevi xalqımıza yetirməklə öz tarixli missiyasını şərəflə başa vurdu".

Bu sözləri "Sherg.az"a açıqlamasında illət vəkili Mahir Abbaszadə Heydər Əliyevin Azərbaycan siyasi -tarixindəki rolundan  danışarkən deyib.
O, bildirib ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onunla bağlı bir müsahibədə, məqalədə hər şeyi demək mümkün deyil:

"Çünki Azərbaycanın 1969-cu ildən sonrakı tarixində elə bir sahə yoxdur ki, orada əldə olunan uğurlarla bağlı Heydər Əliyevin adı çəkilməsin. Heydər Əliyev bu günkü müasir Azərbaycanın qurucusu və yaradıcısıdır. Dünyada nə zamana qədər Azərbaycan var, o vaxta qədər də Heydər Əliyev olacaq. Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsiz və misilsizdir. Amma ən böyük xidmətlərindən biri özünün layiqli varisini yetişdirməsidir. Özünün də qeyd etdiyi kimi onun Azərbaycanla bağlı həyata keçirə bilmədiyi arzuları İlham Əliyev yerinə yetirib. Heydər Əliyev vaxtilə müzəffər Ali Baş Komandan haqqında demişdi ki, İlham Əliyev Azərbaycan gəncliyinin nümayəndəsi kimi mənim həyata keçirə bilməyəcəyim yarımçıq qalan arzuları başa vuracaq. Tarix sübüt etdi ki, Heydər Əliyev bu düşüncəsində də nə qədər uzaqgörən idi. Çünki Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqları geri qaytardı. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bütün bunların hamısı Ulu Öndər Heydər Əliyevin yarımçıq qalmış arzuları idi. Bu baxımdan biz Heydər Əliyevi çox böyük ehtiramla anırıq və Azərbaycan dövləti, xalqı var olduqca Heydər Əliyev də var olacaq. Heydər Əliyevsiz Azərbaycan yoxdur. Ona görə də hər zaman tarixdə Azərbaycan və Heydər Əliyev adı qoşa çəkiləcək. Nəsillər gəlib keçəcək, amma heç vaxt Heydər Əliyev yaddan çıxmayacaq. Heydər Əliyevin qeyd etdiyi kimi hər birimiz fəxr edirik ki, azərbaycanlıyıq. Dünyaya ən böyük azərbaycanlı Heydər Əliyev gəlmişdi. Biz isə onun davamçıları olaraq düşünürük ki, onun strategiyası bundan sonrakı bütün mərhələlərdə Azərbaycanın xilas yoludur".