Rubio: Livan və İsrail birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər

ABŞ Dövlət Departamenti İsrail və Livan arasında onilliklər ərzində reallaşan ilk yüksəksəviyyəli görüşün məhsuldar keçdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livanın ABŞ-dəki səfirləri ilə keçirilən iki saatlıq görüşü yüksək qiymətləndirib: "Tərəflər qarşılıqlı razılaşdırılmış vaxt və məkanda birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər".