İsrail ordusu Livanın cənubundakı Bint-Cbeyl şəhərinin mühasirəsini başa çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo deyib.
"Son günlərdə bu ərazini mühasirəyə aldıq və Bint-Cbeyl daxilində əməliyyatlara başladıq. Bu, əhəmiyyətli əməliyyat manevridir", - deyə o bildirib.