İctimai Televiziyada yayımlanan “Maska” şou proqramının finalında maraqlı anlar yaşanıb.
“Sherg.az” xəbər verir ki, “Cırtdan” obrazının səhnə çıxışından sonra detektivlər maskanın arxasında kim olduğunu müəyyənləşdirməyə çalışıblar.
Dedektiv Faiq Ağayev “Cırtdan” haqqında fikirlərini bildirərkən dediyi zarafatyana sözlər diqqət çəkib:
“Bu barədə çox sevdiyim Coşqun bəylə də “toqquşmamız” oldu. Dedim ki, “mən bizim nağıl qəhrəmanlarını sevirəm”. Cırtdan o qədər danışdım ki. Kamilə (red. Babayeva) xanımla Coşqun (red.Rəhimov) bəy bir-birinə xəfif, yavaş-yavaş sakit danışır. Kamilə deyir, “gör necə ürəkdən danışır”. Coşqun deyir, “özündən danışır da ona görə”. Bəli, mən cırtdanam!“.