Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Bakı şəhəri Nizami rayonu, 24-cü Seçki dairəsinin 17-ci məntəqəsində səs verib.
"Sherg.az" xəbər verir ki, A.Nağı seçki prosesi ilə bağlı öz təəssüratlarını bölüşüb: "Beş min illik Azərbaycan dövlətçiliyi şərəflə davam etdirilir. Biz qalib dövlət, qalib millətik. Dövlətimizin davamlı inkişafına, uğurlu gələcəyinə, qalib Azərbaycana səs verdim. Millətimiz, dövlətimiz üçün xeyirli-uğurlu olsun!".