Tokayev Azərbaycana gəldi

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Sherg.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.