ABŞ-da İsrailə 14,3 milyard dollarlıq yardım paketi gündəmdədir

Qəzza zolağına hücumlarında İsrailin ən böyük dəstəkçisi olan ABŞ İranın hücumu ilə hərəkətə keçib.

Sherg.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden aprelin 13-də ABŞ Senatının çoxluğunun lideri Çak Şumer, Senatın azlıq lideri Mitç Makkonel, Nümayəndələr Palatasının spikeri Mayk Conson və Nümayəndələr Palatasında azlıqların lideri Hakeem Jeffries ilə telefon danışığında Vaşinqtonun hücuma necə cavab verəcəyini müzakirə edib.

Ağ Evdən verilən açıqlamada Baydenin Konqres liderlərini təcili olaraq Ukraynaya 61,4 milyard dollar və İsrailə 14,3 milyard dollarlıq yardımı əhatə edən 105 milyard dollarlıq əlavə xərc paketini təsdiqləməyə çağırdığı bildirilib.