İngilis mediası: Casus təyyarəsi İrana görə havaya qalxdı 

“The Sun” qəzetində dərc olunan xəbərdə İsrailin İranın hücumuna qarşı özünü necə müdafiə etdiyinə dair təhlil dərc edilib. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Oron model casus təyyarəsinin 320 raket və pilotsuz uçuş aparatının hamısını izləyərək zərərsizləşdirdiyini yazan "The Sun", təyyarənin dəyərinin 1 milyard dollara yaxın olduğunu bildirib.

Oron həmçinin İrandan İsrailə atılan raketlər barədə məlumat verib və eyni zamanda raketlərin yerini dəmir qübbə və qırıcı pilotlarla paylaşıb. Mövzu ilə bağlı açıqlama verən təyyarədə məsul olan israilli mayor, "Strateji mövqedə gözlədik, raketləri ilk görən biz olduq. 20 ildən çox pilot olmuşam və bir çox əməliyyatlarda iştirak etmişəm. lakin bu, indiyə qədərki ən mənalısı idi”.

Oron  İsrail və ABŞ mütəxəssislərinin birgə hazırladığı dünyanın ən qabaqcıl gizli reaktiv təyyarələrindən biridir. Təyyarə səkkiz texnik və pilot tərəfindən idarə olunur.