Paşinyandan mən bu kəndləri qaytarmaq istəyirəm mesajı -Məqsəd nədir?

Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxında Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə helikopterlə gəlib.
bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Paşinyan bu əraziyə avtomobillə gəlsəydi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı. Bu yolun kiçik bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin birindən keçir. Beləliklə, erməni baş nazirin bu addımı Azərbaycan qanunlarını pozmamaq üçün atdığı aydın olub.

Paşinyanın addımını “Sherg.az”a dəyərləndirən  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Ermənistan baş nazirinin Əskipara kəndinə helikopterlə gəlməkdə məqsədi bir növ mesaj verməkdir : 

“O bildirir ki, mən bu kəndləri qaytarmaq istəyirəm. Görünür ki, Paşinyanın hərəkəti həm erməni, həm də dünya ictimaiyyətinə problemin həll edilməsi ilə bağlı mesajdır. Amma bunun arxasında hansı niyyətlərin dayandığını tam olaraq anlaya bilmirik. Çünki Ermənistan hakimiyyəti tərəfindən hər dəqiqə müxtəlif açıqlamalar gəlir. Paşinyanın addımlarında ziddiyətli məqamlar çox olur. Bəzən isə Paşinyan bir açıqlama verir, komandasından başqa çıxış gəlir. Əgər Paşinyanın Tavuş vilayətinə helikopterlə getməsindəki niyyəti safdırsa, bunu müsbət qiymətləndirmək olar”.