ABŞ qoşunlarını Nigerdən çıxarır

Buradakı 110 milyon dollarlıq İHA bazasının taleyi qeyri-müəyyəndir

ABŞ 1000-dən çox hərbi qulluqçusunu Nigerdən çıxarmaq qərarına gəlib ki, bu da Rusiya üçün strateji qələbə demək olacaq. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Nigerin baş naziri Əli Lamine Zeynə arasında keçən həftə keçirilən görüşdə Nigerin tələbi ilə ölkədən ABŞ qoşunlarını çıxarması razılaşdırılıb. 2023-cü ilin iyul ayından hərbi idarəçilik altında olan Qərbi Afrika ölkəsi ötən ay ABŞ ilə 12 illik hərbi əməkdaşlıq müqaviləsini ləğv edib.

Geri çəkilmənin Afrikada təsiri getdikcə azalan ABŞ-ın bütün qitədəki hərbi mövqeyinə mənfi təsir göstərəcəyi gözlənilir. ABŞ-ın digər narahatçılığı Nigerin Rusiya və İranla münasibətlərini dərinləşdirməsidir. ABŞ-ın buradakı 110 milyon dollarlıq İHA bazasının taleyi qeyri-müəyyəndir.